• İqtisadiyyat

Nazirlik 600-a yaxın avtombil alır

6 842
21-10-2019, 17:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 592 ədəd avtomobil alır.

BAKU.NEWS xəbər verir ki, nazirlik Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC-dən 547 ədəd “Khazar LX” markalı minik avtomobili alacaq. Nazirlik buna görə 6 486 762 manat ödəniş edəcək.

Bundan başqa, qurum “Naxçıvan Avtomobil Zavodu” MMC-dən 45 ədəd “Naz Lifan LF7132E-330” markalı minik avtomovil alacaq. Bu maşınlar isə nazirliyə 228 000 manata başa gələcək. Bu maşınlar isə Nazirliyə 513 000 manata başa gələcək.

Ümumilikdə, 592 nəqliyyat vasitəsinə görə 6 999 762 manat ödəniləcək.

FACEBOOK ŞƏRH YAZ