• İqtisadiyyat

HP şirkəti də Azərbaycandan getdi

7 087
21-10-2019, 17:05

"Hewlett Packard International Trade Bi.Vi.". şirkəti Azərbaycandakı fəaliyyətini dayandırır.

BAKU.NEWS xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Şirkət ölkədəki fəaliyyətini dayandırdığını elan edib. Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69, İSR PLAZA, Mərtəbə 16 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ABŞ şirkətinin filialı Bakıda 2004-cü ilin iyun ayından fəaliyyət göstərir. Şirkət informasiya texnologiyaları sahəsində məhsul və xidmətlər təklif edir. Bir sıra yerli şirkət onun rəsmi nümayəndəsi və distribyutorudur.
[/justify]

FACEBOOK ŞƏRH YAZ