• İqtisadiyyat

"Paşa Bank" 6 ayın rəqəmlərini açıqladı

9 733
8-10-2019, 10:54

2019-cu ilin iyulun 1-nə olan vəziyyətə görə, "Paşa Bank" ASC-nin cəmi aktivləri 5 043 308 min manat olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

BAKU.NEWS xəbər verir ki, bunu Bankın baş maliyyə inzibatçısı Bəhruz Nağıyev deyib.

B.Nağıyevin sözlərinə görə, aktivlərin artmasının səbəbi müştəri və müddətsiz hesablardakı artımdır: "Kredit portfelimiz də 23% artaraq 1 920 982 min manata çatıb. Həmçinin müştərilərin müddətli əmanətləri 20% artaraq 1 401 551 min manat, müştərilərin müddətli əmanətləri 6% yüksələrək 2 287 613 min manat olub".

Bankın cəmi kapitalı isə 4% kiçilərək 519 962 min manata düşüb: "Bankımızın xalis faiz gəlirləri 27% artaraq 104 179 min manat, xalis haqq və komissiya gəlirləri 64% yüksələrək 12 126 min manata, valyuta əməliyyatları üzrə xalis gəliri 8% artaraq 8 543 min manat, vergiyə qədər ümumi mənfəəti 4% artaraq 45 866 min manata, xalis mənfəəti isə 1% yüksələrək 35 696 min manata çatıb".

"Paşa Bank"-ın cəmi öhdəlikləri 15% artaraq 4 523 346 min manata çatıb.

B.Nağıyevin sözlərinə görə, bu kateqoriyada ən çox artım digər öhdəliklərin payına düşür: "Banklar və dövlət fondları qarşısında öhdəliklərimiz 33% artaraq 611 871 min manat, müştərilərə ödənilməli olan məbləğlər 11% artaraq 3 689 164 min manat, buraxılmış borc qiymətli kağızları 22% 133 641 min manat, digər öhdəliklərimiz isə 150% artaraq 88 670 min manat olub".

"Paşa Bank" Türkiyə iqtisadiyyatındakı qeyri-sabitliyin bankın fəaliyyətinə də təsir etdiyini qeyd edib: "Bilirsiniz ki, Türkiyədəki məzənnədə olan volatilik baş verir. Türk lirəsi 37 qəpikdən 29 qəpiyə qədər ucuzlaşıb. Amma ümumilikdə bu bizim Türkiyədəki törəmə bankımıza bir o qədər də təsir etməyib".

FACEBOOK ŞƏRH YAZ