• İqtisadiyyat

“PAŞA Bank” öz gəlirlərini açıqladı

9 421
8-10-2019, 10:23

“PAŞA Bank” qrupu (“PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Türkiyə”, “PAŞA Bank Gürcüstan”) 2019-cu ilin 1-ci yarısını 35 milyon 696 min manat xalis mənfəət ilə başa vurub.

BAKU.NEWS xəbər verir ki, bu gün Bakıda keçirilmiş mətbuat konfransında"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə Qrupun xalis mənfəəti 1% artıb.

“PAŞA Bank” qrupu 2018-ci ilin 1-ci yarısını 35 milyon 394 min manat xalis mənfəətlə bağlamışdı.

Xalis mənfəətin 3 milyon 977 min manatı “PAŞA Yatırım Bankı”nın payına düşüb. 2019-cu ilin 1-ci yarısında “PAŞA Bank Gürcüstan”ın isə 2 milyon 298 min manat zərəri yaranıb.

"2019-cu ilin yanvar-iyun dövründə "PAŞA Bank" Azərbaycanın xalis mənfəəti təxminən 34 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 27 milyon manat idi",- Bəhruz Nağıyev deyib.

FACEBOOK ŞƏRH YAZ