• İqtisadiyyat • Dünya • Maliyyə

ABŞ iqtisadiyyatının özəl sektorunda məşğulluq artıb

6 376
2-10-2019, 17:59

Bu ilin sentyabr ayında ABŞ iqtisadiyyatının özəl sektorunda məşğul insanların sayı 135 min nəfər artıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin analitik bölməsi ("Moody's Analytics”) məlumat yayıb.

Məlumatda deyilir ki, bu, iyun ayından bəri məşğulluqda ən yüksək artımdır, bununla belə, sentyabr ayı üzrə açıqlanmış proznoqdan 5 min nəfər azdır.

“Moody's”in baş iqtisadçısı Mark Zandi bəyan edib ki, ABŞ şirkətləri işə qəbulla bağlı ehtiyatlı olmağa başlayıb. Onun sözlərinə görə, xüsusilə kiçik firmalar daha ehtiyatlı davranırlar. Bu cür davranış geniş vüsət alsa, ölkədə işsizlik səviyyəsi arta bilər.

FACEBOOK ŞƏRH YAZ