• Dünya • İqtisadiyyat

Vladimir Putin: "Rusiya 2035-ci ilə qədər ildə 120 milyon ton LNG istehsal etmək niyyətindədir"

6 374
2-10-2019, 16:33

"Biz 2035-ci ilə qədər LNG istehsal səviyyəsini ildə 120-140 milyon ton səviyyəsinə çatdırmağı planlaşdırırıq".

BAKU.NEWS Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya energetika həftəsi" beynəlxalq forumunda çıxışı zamanı deyib.

Bundan əlavə, o, bütün ölkələrin iştirakı ilə neft bazarını tarazlaşdırmaq üçün bütün mexanizmlərdən istifadə etməyin vacibliyini qeyd edib.

V.Putin bildirib ki, neft bazarını tarazlaşdırarkən həm istehsalçılara, həm də istehlakçılara uyğun nəticə əldə etmək lazımdır.

FACEBOOK ŞƏRH YAZ