• İqtisadiyyat • Cəmiyyət • Sosial

Səkkiz ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

2 626
1-10-2019, 16:17

2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,3 milyon manat məbləğində ipoteka krediti verilib.

BAKU.NEWS Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.

Bu dövrdə Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib. Avqust ayında Fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.

FACEBOOK ŞƏRH YAZ