• İqtisadiyyat • Maliyyə

Bağlanmış “Bank Standard”da əmanəti olanların nəzərinə

59
24-09-2019, 17:59

Ləğv prosesində olan “Bank Standard” QSC-də qorunmayan əmanəti olan 15 min nəfər pulunu I növbədə götürmək hüququ əldə edib.

BAKU.NEWS-un xəbərinə görə, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev bildirib.

O qeyd edib ki, digər bağlanmış banklarda isə, təxminən, 35 min belə əmanətçi var.

ADIF rəsmisi deyib ki, onların pulunu növbədənkənar götürməsi ilə bağlı məhkəmə qərarı mövcuddur.

“Əmanətçilərə ödənişləri yaxın vaxtlarda həyata keçirməyi planlaşdırırıq. Hazırda hazırlıq işləri gedir. Ödəniş məsələsində ləğv prosesində olan “Dəmir Bank” ASC ilə bağlı müsbət təcrübədən istifadə edəcəyik.

Bildiyiniz kimi, həmin bankın əmanətləri agent bank vasitəsi ilə nağdsız qaydada qaytarılıb. 1000 manata qədər əmanəti olanlara kod verilirdi və o kod vasitəsi ilə istənilən bankomatdan pul götürülürdü.

Daha yüksək məbləğdə əmanətlər isə adlı plastik kartlar vasitəsi ilə qaytarılırdı. Vətəndaş pulunu həm faizsiz nağdlaşdıra, həm də nağdsız qaydada istifadə edə bilərdi. İndi də geniş filial şəbəkəsinə malik banklardan birini agent seçib 10 min ABŞ dollarına qədər əmanətləri qaytarmağı düşünürük”, - deyə V.Abdullayev qeyd edib.

O, “Bank Standard”ın ləğv planı barədə də danışıb. Söyləyib ki, 10-15 gün ərzində məhkəmə yolu ilə sözügedən sənədin son variantı müəyyən olunacaq.

FACEBOOK ŞƏRH YAZ