• İqtisadiyyat

“Xətai” stansiyası bugündən yeni görkəmdə (FOTOREPORTAJ)

74
12-09-2019, 16:39

Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra bu gün istifadəyə verilib.

BAKU.NEWS xəbər verir ki, 1968-ci ildə istismara verilən “Xətai” stansiyası ötən il sentyabr ayının 27-dən əsaslı təmirə bağlanmışdı.

Stansiyanın infrastrukturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.

Stansiyada aparılan əsaslı təmir və yenidənqurma zamanı giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları da bərpa olunub. Eskalatorların maşın zalı da əsaslı təmir edilib, stansiyanın digər infrastrukturunun yenilənməsi tədbirləri görülüb.


“Xətai” stansiyası bugündən yeni görkəmdə (FOTOREPORTAJ)



























FACEBOOK ŞƏRH YAZ