• İqtisadiyyat • Mədəniyyət

Bakıda hədiyyələr sərgisi açılıb (FOTOREPORTAJ)

156
12-09-2019, 15:26

Bu gün “Bulvar Hotel Baku”da II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo Fair 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisi öz işinə başlayıb.

BAKU.NEWS xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi sərgilərdə 50-dək yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və sair olmaqla ümumilikdə 50-dək çeşiddə əl işləri sərgilənir.


Bakıda hədiyyələr sərgisi açılıb (FOTOREPORTAJ)















































FACEBOOK ŞƏRH YAZ