BAKU.NEWS xəbər verir ki, bu barədə jurnaistlərə “Şimal” elektrik stansiyanın direktoru Asəf İsmayılov açıqlamasında deyib.
O bildirib ki,stansiyada soyuducu dəniz suyu sahil nasosxanasına sakitləşdirici kanal vasitəsi ilə daxil olur. “Şimal-2” layihəsi ilə əlaqədar yeni su hazırlayıcı qurğu istismara verilib. Qurğu dənizdən götürülən suyu süzgəclərdən keçirərək həm də texniki və içməli su keyfiyyətinə çatdırır. Hər birinin gücü 280 meqavolt amper olan 2 avto transformator 220 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan sistem əhəmiyyətli 220 kilovoltluq 4 hava xətti çıxır.
A.İsmayılov həmçinin əlavə edib ki, ərazidə 5 min və 3 min kubmetrlik su çəni, qaz kompressor, məişət-maye axıntılarının və axıntı suların təmizləyici qurğuları da inşa edilib. Ərazidə yeni təmir emelatxanası və anbar binası tikilib.
• İqtisadiyyat
Bu stansiyada ildə 3,2 milyard k/saat elektrik enerji istehsal ediləcək

400 meqavat gücündə olan “Şimal-2” ES-in əsas komponentlərinə qaz və buxar turbinləri, generator daxildir. Faydalı iş əmsalı 57,4 faiz olan buxar-qaz qurğusu Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik olan elektrik stansiyasıdır. Stansiyada ildə 3,2 milyard kilovat/saat elektrik enerji istehsal ediləcək və hər 1 kilovat/saat elektrik enerjisinin buraxılışına 214 qram şərti yanacaq sərf oluncaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır. Bu isə milyonlarla manata qənaət deməkdir.
FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ermənilərin ərazilərimizdə basdırdıqları minalar zərərsizləşdirildi - FOTOLAR
-
Dünyada son sutkada 300 mindən çox yoluxma
-
Tramp vidalaşdı - VİDEO
-
“Real”ın əfsanəvi hücumçusu koronavirusa yoluxdu
-
20 Yanvar hadisələrindən 31 il ötür - FOTOXRONİKA
-
Teledərslərin sabaha olan cədvəli
-
Türkiyədə ağır qəza - 5 nəfər ölüb, 2 nəfər yaralanıb
-
ABŞ-da Nensi Pelosinin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı
-
Şuşaya qar yağır - FOTOLAR
-
92 yaşlı tanınmış siyasətçi gizli nikah mərasimi keçirib - VİDEO
-
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi
-
Çempionlar Liqasında yeni mövsümün təqvimi açıqlandı