• Dünya • İqtisadiyyat • Turizm

Antalyada tarixi rekord

186
28-08-2019, 09:50

Türkiyənin ən məşhur istirahət mərkəzlərindən biri olan Antalyada tarixi rekord qeydə alınıb.

BAKU.NEWS-un “Hürriyet”ə istinadən məlumatına görə, bu, istirahətə gələn turistlərin sayı ilə bağlıdır.

Belə ki, yanvarın 1-dən avqustun 22-dək Antalyaya 10 milyon əcnəbi turist səyahət edib.

Yerli mədəniyyət və turizm idarəsindən bildirilb ki, bu, ötənilki göstəricidən 18% çoxdur. 2017-ci ildə analoji zaman kəsiyi ərzində isə burada 6,7 milyon səyahətçi olub.

Antalyaya səfər edənlər arasında Rusiya, Almaniya və Ukrayna vətəndaşları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərdə qərarlaşıb.

FACEBOOK ŞƏRH YAZ