• İqtisadiyyat • Sosial

Azərbaycanda problemli kreditlərin həlli çərçivəsində 126 milyon manatlıq cərimə və dəbbə pulu silinib

38
2-08-2019, 10:31

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib.

BAKU.NEWS xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb.

“Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, - deyə E.Hüseynov vurğulayıb.

FACEBOOK ŞƏRH YAZ