• İdman

Martın 9-10 da Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan Çempionatı keçiriləcək

408
4-03-2019, 21:39

Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq V Azərbaycan çempionatında bütün yaş qruplarında 40 dan çox komandanın iştiraki gözlənilir.

Baku.News xəbər verir ki, Bakı şəhəri Şağan İdman Olimpiya Kompleksində keçiriləcək Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan Çempionatına artıq bir həftədən az vaxt qalıb. Yarışın hazırlıq işlərinin gedişi haqda məlumat almaq üçün əməkdaşımız Azərbaycan Alpaqut Federasiyasının regionların inkişafı üzrə vitse prezidenti, V Azərbaycan çempionatında Mandat Komisiyasının sədri Rafiq Qasımova müraciət edib.
-Rafiq müəllim qarşıdaki yarışda neçə komandanın iştiraki gözlənilir?
- Komandalarla bağlı tam məlumat ayın 7-də dəqiqləşəcək. Ancaq, əminliklə deyə bilərəm ki, bu ilki Azərbaycan çempionatında minimum 40 komandanın iştirakı gözlənilir ki, buda ötən ilki çempionatdakı komanda sayından çoxdu. Beş il fəaliyyətdə olan gənc Federasiya üçün bu böyük göstəricidir. Eyni zamanda onu da qeyd edim ki, kənardan gələn və Federasiyamıza rəsmi üzv olmayan idmançıları yarışlarımıza buraxmırıq. Bizim yarışlarda yalnız AAF-ın rəsmi Filialları və bizimlə rəsmi qaydada əməkdaşlıq edən klublar iştirak edə bilər.
- Bu yarışın ötən ilki yarışdan əsas fərqi nə olacaq?
- Ötən ilki IV Azərbaycan çempionatından fərqi olaraq bu ilki yarış iki gün keçiriləcək. Bir fərqdə o olacaq ki, qarşıdaki, yarışa AAF-nin üzvülük vəsiqəsi və xüsusi idman forması olan çapanla, qoruyucu alətlərlə təmin edilməmiş idmançılar yarışa buraxilmayacaq. Bu barədə Federasiya prezidenti Qüdrət Nuriyev hələ ötən il xüsusi əmr imzalayib. Başqa hansı fərqlər olacağını isə yarış günləri görəcəksiz.
Qeyd edək ki, qarşıdaki yarışın rəsmi informasiya dəstəyi
Baku.News xəbər portalıdir.

Martın 9-10 da Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan Çempionatı keçiriləcək

FACEBOOK ŞƏRH YAZ