• İdman • Sosial

Güləşçimiz erməni rəqibinə dərs keçdi

293
3-06-2019, 16:11

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında Azərbaycan güləşçisi Laçın Vəliyev erməni rəqibi ilə qarşılaşıb.

Azərbaycan Güləş Federasiyasından Baku.News-a verilən məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Hakob Baqdasaryana dərs keçərək (9:0) növbəti mərhələyə yüksəlib. Bundan əvvəl L.Vəliyev finlandiyalı Yuho Matias Pahikayneni eyni hesabla məğlub edib. Onun 1/4 finalda rəqibi macar David Losonşi olacaq.

Digər təmsilçilərimizdən Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Güləşçimiz birinci görüşündə Bolqarıstan idmançısı Denis Demirova ilk hissə bitmədən qalib gəlib – 9:0. Onun 1/4 finaldakı rəqibi Danimarka təmsilçisi Nikolay Soheyl Məhəmmədi olacaq.

63 kq-da yarışan Zaur Nuriyev də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibi Daniel Morais Kaldası cəmi 36 saniyəyə məğlub edərək (8:0) 1/4 finala vəziqə qazanıb. Bu mərhələdə Z.Nuriyev gürcü Leri Abuladze ilə qarşılaşacaq.

Sərxan Məmmədov da 1/4 finala yüksəlməyi bacarıb. O, ilk görüşdə Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib – 12:3.

FACEBOOK ŞƏRH YAZ