• İdman

“Qarabağ” qazandı

337
13-09-2021, 07:48

Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vuruldu.

BAKU.NEWS xəbər verir ki, günün son matçında “Neftçi” “Qarabağ”ı qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşmanın 21-ci dəqiqəsində Vadji İbrahimanın vurduğu qolla “Qarabağ” hesabda önə çıxıb – 0-1. V.İbrahima 45-ci dəqiqədə dubl edərək komandasının üstünlüyünü 2 topa çatdırıb.

“Neftçi” 47-ci dəqiqədə Emin Mahmudovun vurduğu qolla hesab arasındakı fərqi azaldıb – 1-2.

Matçda əlavə qol vurulmadı.

12 sentyabr

Azərbaycan Premyer Liqası, 3-cü tur

20:30. “Neftçi” 1–2 “Qarabağ”

Qol: Vadji İbrahima, 21 (0:1,, 45 (0:2), Emin Mahmudov, 46 (1:2)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu

“Bakcell Arena”.

FACEBOOK ŞƏRH YAZ