• İdman

Azərbaycanın altı paracüdoçusu finala çıxdı

197
13-05-2019, 15:46

Bakıda paracüdo üzrə Qran-Priyə start verilib. Baku.News xəbər verir ki, Heydər Əliyev İdman Arenasında keçirilən yarışda bu gün kişilərdə dörd, qadınlarda üç çəki dərəcəsi üzrə mübarizə gedir. Bu gün 12 idmançımız mübarizəyə qoşulub.

Kişilər:

-60 kq

Vüqar Şirinli Brian Xerardo Aburto Beltran (Meksika), Zaur Cəbrayılov (Rusiya) və Şirzad Namazova (Özbəkistan) qalib gələrək yarımfinala çıxdı. Yarımfinalda Rəcəp Çiftçiyə (Türkiyə) qalib gələn Vüqar finalda güləşəcək. Onun rəqibi Florin Aleksandru Boloqa (Rumıniya) olacaq.

-66 kq

Namiq Abbaslı Miqel Vieyra (Portuqaliya), Utkircan Niqmatova (Özbəkistan) qalib gəlsə də, David Xoravaya (Ukrayna) uduzdu. O, təsəlliverici görüşdə əvvəl Ueyn Fipsə (Avstraliya), daha sonra Əzəmət Turumbetova (Qazaxıstan) qalib gələrək bürünc medal qazanmaq şansı əldə etdi. Onun buradakı rəqibi Georgi Qamcaşvilidir (Gürcüstan).

Bayram Mustafayev Kadir Yıldırım (Türkiyə) və Munxbat Aacimə (Monqolustan) qalib gələrək yarımfinala çıxdı. O bu mərhələdə Georgi Qamcaşviliyə (Gürcüstan) qalib gəlib finala çıxdı. Onun finaldakı rəqibi də Gürcüstandan olacaq. Bu, Georgi Kaldanidir.

-73 kq

Ramil Qasımov Takamasa Naqai (Yaponiya), Sergey Kotenko (Ukrayna) və Baçuki Şeliaya (Gürcüstan) qalib gəlsə də, yarımfinalda Feruz Sayidova (Özbəkistan) uduzdu. O, bürünc medal uğrunda Nikolay Kornhasla (Almaniya) mübarizə aparacaq.

-81 kq

Murad Həziyev Arley Damian Pereyra Arudaya (Braziliya) uduzaraq mübarizəni dayandırdı.

Hüseyn Rəhimli Jak Juber (CAR) və Natan Petiyə (Fransa) qalib gəldi. O, yarımfinalda Dmitri Soloveyi (Ukrayna) məğlub etdi. O, finalda Davurxan Kərəmətovla (Özbəkistan) qarşılaşacaq.

Qadınlar:

-48 kq

Gülnar Gereyeva Ecem Taşına (Türkiyə) uduzdu. O, təsəlliverici yarışda Sandrin Orye Martinetə (Fransa) də məğlub oldu.

Şahanə Hacıyeva Lobar Xürrəmovaya (Özbəkistan) qalib gələrək yarımfinala çıxdı. Yarımfinalda Yuliya Qalinskayaya (Ukrayna) qalib gələn Şahanə finala çıxdı. Onun rəqibi Likinq Li (Çin) olacaq.

-52 kq

Səbinə Abdullayeva Şerin Abdellauiyə (Əlcəzair) uduzdu. O, təsəlliverici yarışda Prişila Qanyeyə (Kanada) qalib gəldi. Onun bürünc medal uğrundakı rəqibi Bəsti Səfərova olacaq.

Bəsti Səfərova Dure Rosio Ledesmaya (Argentina) qalib gələrək yarımfinala çıxdı. O, bu mərhələdə İnna Çernyaka (Ukrayna) uduzdu. O, bürünc medal uğrunda Səbinə ilə qarşılaşacaq.

-57 kq

Afaq Sultanova Nataliya Ovçinnikovaya (Rusiya) qalib gələrək yarımfinala çıxdı. Daha sonra o, Lusia Araujoya (Braziliya) qalib gələrək finala çıxdı. Onun rəqibi Sevda Vəliyeva olacaq.

Sevda Vəliyeva Marisa Arndta (ABŞ) qalib gələrək yarımfinala çıxdı. Daha sonra o, Maria Nubea dos Santos Linsə (Braziliya) qalib gələrək finalda Afaq Sultanovaya rəqib oldu.

Beləliklə, Azərbaycan idmançıları ilk gündə altı final və dörd bürünc medal uğrunda görüşə çıxacaq. Tədbirin açılış hissəsi saat 16:00-da başlayacaq. Həlledici görüşlər saat 17:00-da başlayacaq.

FACEBOOK ŞƏRH YAZ