Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi BOK-un idmançılarla işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində onlara əlavə imkanların yaradılması tövsiyələrini nəzərə alaraq layihələr reallaşdırır.
BAKU.NEWS bildirir ki, MOK idmançılar üçün 3 istiqamətdə - psixoloji dəstək, İngilis dilində danışıq və İKT sahəsində bacarıqların təkmilləşdirilməsi üzrə kurslara start verib. Hər 3 istiqamətdə təlimlərə qatılacaq idmançılar və təlimçilərlə keçirilən görüşdə MOK Marketinq idarəsinin rəhbəri Mehman Kərimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin 14 aprel 2019- cu il tarixində Lozannada baş tutan Atletlər Forumunda üzv ölkələrin Olimpiyaçıları üçün əlavə bilik və bacarıqlar verilməsinə imkan yaradan fəaliyyət növlərinin, həmçinin idman qərarlarının qəbulunda idmançıların aktiv iştirakının müəyyənləşdirilməsi gündəliyin əsas mövzusu olub.
2020-ci il ilk rübündən başlayan pandemiya qeyd olunanları həm BOK həm də MOK qarşısında daha aktual və ciddi bir məsələyə çevirdi. İlkin mərhələdə 30 nəfər idmançı üçün nəzərdə tutulan təlim kursları cari ilin sonunadək davam edəcək. Eksperimental xarakter daşıyan təlimlərin qiymətləndirilməsindən sonra növbəti il üçün forma və mövzu ilə bağlı qərar veriləcək. BOK-un maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin 2024-cü ilə qədər davam edəcəyi planlaşdırılır.
• İdman
MOK 3 istiqamətdə təlimlərə strat verdi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI
-
“Hazırda Ermənistanın ordusu yoxdur” - Ovanisyan
-
FHN-dən əhaliyə yanacaqdoldurma məntəqələri ilə bağlı XƏBƏRDARLIQ
-
Tanınmış jurnalist vəfat etdi
-
Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub
-
YAP “Vahid Rusiya” Partiyasına etiraz məktubu ünvanlayıb
-
Qanunsuz beynəlxalq pul köçürmələri edən şəxs həbs olundu
-
Karantini pozaran dönərxana aşkalandı
-
Qazaxıstanda kütləvi peyvəndlənmə 1 fevralda başlayır
-
Mərkəzi Bankdan problemli kreditlərlə bağlı - AÇIQLAMA
-
Peskovdan Navalnının həbsi ilə bağlı daha bir açıqlama
-
Navalnının qardaşı da həbs edildi