• İdman

“Formula-1”in qalibinə kuboku İlham Əliyev təqdim etdi

81
28-04-2019, 19:15

“Formula-1” SOCAR Azərbaycan Qran Prisinin qalibləri mükafatlandırılıb. Baku.News xəbər verir ki, yarışın qalibi adını qazanan finlandiyalı Valteri Bottasa (“Mercedes”) kuboku Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təqdim edib.

Ölkə başçısı həmçinin Mühəndislər Kubokunda qalib olan “Mercedes”in nümayəndəsinə kubok verib. İkinci yeri tutan britaniyalı Luis Hamiltona (“Mercedes”) və üçüncü yerə çıxan almaniyalı Zebastian Fetelə (“Ferrari”) isə kubokları müvafiq olaraq gənclər və idman naziri Azad Rəhimovla Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

FACEBOOK ŞƏRH YAZ