• İdman

"Qarabağ” cərimələndi

730
5-11-2019, 13:00

AFFA İntizam Komitəsi “Qarabağ”ı 800 manat məbləğində cərimələyib.

BAKU.NEWS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam təmsilçinin 4 futbolçusunun Premyer Liqanın X turunda “Neftçi” ilə səfər matçında (0:0) sarı vərəqə almasıdır. “Sabah” isə “Qəbələ” ilə səfər oyununda (2:1) 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

“Zirə” – “Sumqayıt” görüşündə (2:2) meydan sahibləri 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb. “Zirə” komandası oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün klub 800 manat ödəyəcək. Üstəlik,
qarşılaşmanın ikinci hissəsi “Zirə”nin gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbələ qəsəbə klub 2400 manat cərimə olunub.

Beləliklə, “Zirə” 4 min manat ziyana düşüb.

FACEBOOK ŞƏRH YAZ