• İdman

Azad Rəhimov Varşavada Bakı-2019-la bağlı hesabat verəcək

7 634
22-10-2019, 17:16

Oktyabr 23-26-da Polşanın paytaxtı Varşavada Avropa Olimpiya Komitəsinin (AOK) 48-ci Baş Assambleyası keçiriləcək.

BAKU.NEWS-un məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyəti də təmsil olunacaq.

Nümayəndə heyətinə AOK İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un baş katibinin müavini Azər Əliyev və digər rəsmi daxildir.

Oktyabrın 24-də İcraiyyə Komitəsinin iclası baş tutacaq. İclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər. Bir gün sonra AOK Baş Assambleyası öz işinə başlayacaq.

Burada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və İrsi, Olimpiya Akademiyası və digər komissiyaların iclası da nəzərdə tutulub. Həmçinin, Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunları, Pekin-2022 Qış Olimpiya Oyunları, Krakov və Malopolska-2023 Avropa Oyunlarının məruzə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.

Baş Assambleya çərçivəsində gənclər və idman naziri Azad Rəhimov və Bakı-2019 AGOF-un nümayəndəsi Nikki Efendinin Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının hesabatını təqdim edəcəyi də gözlənilir. Həmçinin 2025-ci il üçün Avropa Gənclər Olimpiya Festivalının yay və qış oyunları üçün namizəd ölkələrin adları açıqlanacaq.

FACEBOOK ŞƏRH YAZ