BAKU.NEWS xəbər verir ki, bu sözləri futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis qeyd edib ki, iki gün əvvəl “Uels”lə oyunda məyusedici nəticə qazandıq. Sona 5 dəqiqə qalmış qapımızdan ikinci qolu buraxdıq. Bu seçmə mərhələdə keçirdiyimiz ən yaxşı iki oyundan biridir. Xorvatiya ilə səfər matçında da yaxşı mübarizə aparmışdıq. Oyunçularla söhbətimiz olub, onlar xorvatlarla görüşə yaxşı kökləniblər. Çətin rəqiblə qarşılaşacağıq.
Millimizin üzvü Mahir Emreli deyib: “Bizi ağır oyun gözləyir. Rəqibin gücü bəllidir. Xorvatiya kimi komandaya qarşı oynamaq özü bizim üçün motivasiya olmalıdır. Doğma meydanda ən yaxşısını etməyə çalışacağıq. Bunu bacaracağımıza inanırıq. Onlarla ilk oyunda sensasiya etməyə yaxın idik. Bu dəfə niyə bunu etməyək? Əlbəttə, biz də qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Xorvatlarla səfərdəki oyunda buna yaxın idik. Keçirdiyimiz oyunlar arasında ən uğursuz qarşılaşma kimi Slovakiya ilə görüşü qeyd edərdim”.
Qeyd edək ki, Azərbaycan-Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək. Oyuna saat 20:00-da başlayacaq.
• İdman
Xorvatiya millisi Bakıda oyunöncəsi son məşqinə çıxıb (FOTOREPORTAJ)

Bizi böyük oyun gözləyir. Dünya çempionatının finalçısına qarşı mübarizə aparacağıq. Motivasiyamız yüksək səviyyədədir.
FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ermənilərin ərazilərimizdə basdırdıqları minalar zərərsizləşdirildi - FOTOLAR
-
Dünyada son sutkada 300 mindən çox yoluxma
-
Tramp vidalaşdı - VİDEO
-
“Real”ın əfsanəvi hücumçusu koronavirusa yoluxdu
-
20 Yanvar hadisələrindən 31 il ötür - FOTOXRONİKA
-
Teledərslərin sabaha olan cədvəli
-
Türkiyədə ağır qəza - 5 nəfər ölüb, 2 nəfər yaralanıb
-
ABŞ-da Nensi Pelosinin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı
-
Şuşaya qar yağır - FOTOLAR
-
92 yaşlı tanınmış siyasətçi gizli nikah mərasimi keçirib - VİDEO
-
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi
-
Çempionlar Liqasında yeni mövsümün təqvimi açıqlandı