• Hərbi • Hadisə

Xəzərə düşən qırıcının pilotu sabiq dövlət müşavirinin kürəkənidir

209
25-07-2019, 15:05


Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilotun kimliyi məlum olub.


BAKU.NEWS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən şəxs polkovnik-leytenant Rəşad Atakişiyevdir.

Bundan başqa, o, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.

Q.Hüseynli faktı saytımıza təsdiqləyib.


Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Pilotun axtarışı və xilas edilməsi üçün tədbirlər həyata keçirilir.


Xəzərə düşən qırıcının pilotu sabiq dövlət müşavirinin kürəkənidir

FACEBOOK ŞƏRH YAZ