• Hadisə

Bakıda Rusiya vətəndaşı itkin düşüb

23-10-2019, 10:29

Azərbaycanda Rusiya vətəndaşı olan qadın itkin düşüb.

Hadisə oktyabrın 21-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Natalya Dubrovskaya həyat yoldaşı ilə birgə yaşadığı Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsindəki nömrəsiz fərdi evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(Report)

FACEBOOK ŞƏRH YAZ