• Hadisə

Bakıda gecə klubunda qızlar müştəriyə görə dava edib

12 433
14-10-2019, 16:52

Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb.

BAKU.NEWS Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib.

Dava klubdakı müştəri oğlana görə olub.

Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

FACEBOOK ŞƏRH YAZ