• Hadisə

Bakı-Quba yolunda ağır yol qəzası baş verib, 3 nəfər ölüb

9 057
10-10-2019, 11:48

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

BAKU.NEWS APA-ya istinadla verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

FACEBOOK ŞƏRH YAZ