• Hadisə

Bakıda səfirliyin avtomobili qəzaya düşüb, xəsarət alanlar var

10 525
8-10-2019, 15:52

Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

BAKU.NEWS Report-a istinadla xəbər verir ki, hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan "Toyota" Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir.

FACEBOOK ŞƏRH YAZ