• Hadisə

Gəncədə ər arvadın boğazını kəsib

10 318
8-10-2019, 14:55

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

BAKU.NEWS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, əri bıçaqla onun boğazını kəsib.

Xəstəxanaya yerləşdirilən N.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ