• Hadisə

Sumqayıtda hamilə qadını maşın vurub

10 074
8-10-2019, 11:40

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada, 1989-cu il təvəllüdlü Abduləzimova Rəqsanə Vahid qızını avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ