• Hadisə

Bakıda toyda kütləvi dava - Bıçaqlananlar var

367
15-08-2019, 04:46

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

BAKU.NEWS "Report"-a istinadən xəbər verir ki, 9 mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ