• İdman • Gündəm

Qurban Qurbanov "Dandolk"la keçirəcəkləri oyun haqqında danışıb

142
23-07-2019, 22:52

"Bütün fikrimizi sabahkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xətdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidir".

BAKU.NEWS-un məlumatına görə, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov İrlandiyada "Dandolk"la keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmanın süni örtüklü meydanda oynanması futbola təsir edir:

"Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, fikrimizi tam olaraq sabahkı oyuna cəmləşdirməliyik. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".

FACEBOOK ŞƏRH YAZ