• Qarabağ • Gündəm

Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər - NATO rəsmisindən mövqe

126
11-03-2019, 20:17

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.

Baku.News RİA Novosti-yə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay səsləndirib:
“Biz münaqişələrin həllinə cəlb olunmamışıq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır. NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Mən bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, təmas xəttində atəşkəsin pozulması hallarının azalması və Ermənistan tərəfinin danışıqlara meyl göstərməsi ümidverici faktdır.

FACEBOOK ŞƏRH YAZ