• Gündəm • İdman

Bakı-2019: Güləşçilərimizdən iki qızıl, üç gümüş, bir bürünc medal - YENİLƏNİB

183
22-07-2019, 20:17

Azərbaycan güləşçiləri Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində aktivlərinə daha iki medal əlavə ediblər.

BAKU.NEWS xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Mircavad Nəbiyev türkiyəli Şükrü Korpeyə qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmağa haqq qazanıb. Həlledici görüşdə isveçrəli Tomas Fişeri yolundan kənarlaşdıran idmançımız yekunda mükafatçılar sırasına düşməyi bacarıb.

60 kq çəkidə yarışan Sabir Cəfərov finalda Rusiya təmsilçisi Fyodr Baltuyevə yenilib və həmyerlimizin qazancı gümüş medal olub.

Qeyd edək ki, güləşçilərimiz EYOF-un ikinci günündə ümumilikdə iki qızıl, üç gümüş, bir bürünc medal qazanıb.


18:49

Azərbaycanın daha bir qadın güləşçisi Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

BAKU.NEWS-un məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.

Bundan öncə digər qadın güləşçi Gültəkin Şirinova (46 kq) da finalda uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan güləşçiləri hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Bu gün həmçinin güləşçilərdən biri final, digəri bürünc medal görüşünə çıxacaq.

FACEBOOK ŞƏRH YAZ