• Gündəm • İdman

Azərbaycan EYOF-da ilk medallarını qazandı: Birincisi qızıl oldu

172
21-07-2019, 16:20

Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) ilk qızıl medalını qazanıb.

BAKU.NEWS xəbər verir ki, yunan-Roma gəlişində Fərid Sadıxlı (-45 kq) final görüşündə türkiyəli Umut Çobanı bir neçə saniyəyə 9:0 hesabı ilə qalib gəlib və görüş vaxtından tez başa çatıb.

Bununla da Azərbaycan EYOF-da ilk qızıl medalını qazanıb.

Daha bir yunan-Roma güləşçimiz Nihat Məmmədli isə bürünc medal qazanıb.

55 kq çəki dərəcəsində güləşən Nihat türkiyəli Bəkir Atəşi bir neçə saniyəyə 8:0 hesabı ilə qalib gəlməklə görüşün vaxtından öncə başa çatmasına nail olub.

Xatırladaq ki, bu gün iki sərbəst güləşçimiz də qızıl medal qazana bilər.

FACEBOOK ŞƏRH YAZ