• İdman • Gündəm

Qurban Qurbanovdan qələbəyə ilk reaksiya

115
17-07-2019, 23:23

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri matçı şərh edib.

BAKU.NEWS-un məlumatına görə, o, oyun bitən kimi "CBC Sport"a müsahibəsində bildirib:

"Qələbəyə layiq idik. Ağır, amma maraqlı oyun oldu. Dünən də demişdim, səbirli oynamalıyıq. Çətin komanda idi. "Partizani" avrokuboklarda indiyədək ilk mərhələdə qarşılaşdığımız rəqiblər arasında ən çətini idi".

FACEBOOK ŞƏRH YAZ