• Gündəm • Köşə

Azərbaycanda din və media münasibətlərinin əsası sağlam köklər üzərində qurulub

261
15-07-2019, 23:56

2015-ci ildə Həcc ziyarətini işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən Səudiyyə Ərəbistanına ezam olunan yüzlərlə jurnalistdən biri də mən idim.Həmin il ziyarət boyu ard-arda bir sıra gözlənilməz hadisələr baş verdi və bu hadisələr nəticəsində yaralanan,dünyasını dəyişən zəvvarlar da az olmadı.Həmin ərəfədə bütün dünyanın diqqəti Məkkədə idi.Tək ona görə yox ki onlara milyonlarla müsəlmanın həcc ziyarətini necə yerinə yetirməsi maraqlı gəlirdi.Həm də ona görə diqqət o müqəddəs torpaqlarda idi ki,baş verən hadisələr İslam dinini gözdən salmaq üçün yaxşı bir fürsət idi. Jurnalistin missiyası xəbəri doğru və qərəzsiz şəkildə çatdırmaq olsa da mən orda məhz o hadisələrlər bağlı xəbərləri təhrif edərək,insanların dini inancları ilə oynayaraq istədiyi formada çatdıran N sayda jurnalist gördüm.Azərbaycan dövləti olaraq isə biz baş verən hadisələri təhrif etmədən,insanların dini inancları ilə oynamadan tamaşaçılara çatdırdıq. Axı baş verə biləcək hər hansı bir xoşagəlməz hadisədən heç kim sığortalanmayıb.Buna görə İslam dinini günahlandırmaq, islami dəyərlərə ləkə yaxmaq haqsızlıqdır.Biz bu haqsızlığa yol vermədik,tamaşaçımızı aldatmadıq. Mən hələ onda bir daha əmin oldum ki,Azərbaycanda din və media münaibətlərinin əsası çox sağlam köklər üzərində qurulub.Biri digərini provakasiyaya çəkmir.Bu isə birbaşa Azərbaycan hökümətinin bu sahədə həyata keçirdiyi siyasətin bariz nümunəsidir.Elə birbaşa onun da nəticəsidir ki,Azərbaycanda din və media münasibətləri yüksək səviyyədə tənzimlənir. Bu gün ölkəmizdə dinə böyük qayğı mövcuddur.Dövlət tərəfindən dinə yüksək hörmət göstərilir.Dini dəyərlərə böyük önəm verilir, milli-mənəvi dəyərlər qorunur.Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub,bu gün isə Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.Dövlətin dinə göstərdiyi dəstək və hörmət bilavasitə medianın da dini mövzulara həssaslıqla yanaşmasını,möhvumata,xurafata yol verilmədən,qarşıdurma yaratmadan dini məsələlərdə həssaq olmağı tələb edir.Azərbaycanda bütün dinlərin nümayəndələri dostluq-qardaşlıq,sülh şəriatində yaşayıb öz dini inanclarını yerinə yetirir.Hər bir media nümayəndəsi də onların bu dini inanclarına həssaslıqla yanaşır.Media oqranlarında dini inanclarına görə təhqiramiz məlumatlar yayımlanmır.Çox uzağa getməyək.Bir neçə il əvvəl Avropa mətbuatında İslam Peyğəmbərinin karikaturasının yayımlanmasının nələrə səbəb olduğunu yəqin ki əksəriyyət xatırlayır.Axı dini inancları təhqir edəndə din ən böyük təhlükəyə çevrilir.Odur ki,din və media münasibətləri mütləq şəkildə tənzimlənməli,hər hansı bir media mənsubu dini xəbəri tərəfsiz,xurafata,ifrata yol vermədən yaymalıdır.Necə ki,bu qaydalar Azərbaycanda gözlənilir.Əbəs yerə deyil ki,ölkəmizin tolerant,multikultural mühiti bütün dünyaya nümunədir.Azərbaycanda dini etiqad azadlığı,dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi ilə yanaşı xalq olaraq da bizim daxilimizdə dini dəyərlərə hörmət həmişə olub.Sovetlər dönəmində din qadağan edilsə də insanların qəlbindən dinə olan hörməti söküb atmaq mümkün olmadı.Yenidən müstəqillik əldə etdikdən sonra hamı rahat şəkildə yenə dini inancında sərbəst oldu.Azərbayda unikal din-dövlət modelinin yaranmasına ən önəmli səbəblərdən biri də düzgün maarifləndirmə işinin aparılması,dini bilgilərin dövlət tərəfindən verilməsi,dövlətin daim dinin yanında dayanmasıdır.Ulu öndər Heydər Əliyevin də dediyi kimi dinimiz xalqımızın mənəvi sərvətidir.Elə isə bu sərvətə daim həm vətəndaş həm də jurnalist olaraq sahib çıxmaq arzusuyla....

Aytən Abdulova

Məqalə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.

FACEBOOK ŞƏRH YAZ