• Gündəm • Cəmiyyət

Moldova vətəndaşı Şəkidə dostunun evində ölüb

93
13-07-2019, 12:14

46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb.

BAKU.NEWS-un bölgə müxbiri xəbər verir ki, on gün əvvəl ailəsi ilə birlikdə Şəkidə qalan dostunun evinə qonaq gələn Nikolay Şerbanın səhhəti qəfildən pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım stansiyasının həkimləri çağırılsa da, N.Şerbanın öldüyü müəyyən olunub.

İlkin müayinə nəticəsində Moldova vətəndaşının ürək tutmasından öldüyü məlum olub.

Fakt bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ