• Gündəm • İdman

Sabah Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan Çempionatına start verilir

284
8-03-2019, 19:48

İki gün davam edəcək yarış Şağan İdman Olimpiya Kompleksində keçiriləcək.


Bu barədə Baku.News-a Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, yarışa hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Nuranə xanım Şixəliyeva məlumat verib. Onun sözlərinə görə, V Azərbaycan çempionatı sabah səhər saatlarında Şağan İdman Olimpiya Kompleksində start götürəcək və yarışın rəsmi açılış mərasimi saat 15:00 da başlayacaq. Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçiriləcək bu yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 40-dan artiq komandanın iştirakı nəzərdə tutulub. Bütün yaş qrupları üzrə 400 dən artiq idmançının yarışa qatılması gözlənilir. İdmançılar Alpaqut Turan döyüş sənətinə daxil olan Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə medallar uğunda mübarizə aparacaqlar. Gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilən yarışın final görüşləri və bağlanış martin 10-da baş tutacaq. Yekunda nəticə qazanmış idmançılar diplom və medallarla, komandalar isə kubokla təltif ediləcək.
Yarışa hazırlıq üzrə yaradilmiş Təşkilat Komitəsi öz işini artıq yekunlaşdirmaq üzrədir. Bütün təşkilati, texniki işlər görülüb, yarışın təntənəli açiliş mərasiminin və bədii hissənin senarisi də artiq hazırdı. Açılış mərasiminində bir neçə fəxri qonağın iştirakı gözlənilir. Onu da qeyd etmək istəyirəm ki, açılış mərasimində xanım idmançılarımız Federasiya rəhbərliyi tərəfindən 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik ediləcək. Bir sözlə maraqlı rəsmi və bədii hissə nəzərdə nəzərdə tutulub. Bütün idmansevərlər yarışımızı izləməyə dəvətlidir.

FACEBOOK ŞƏRH YAZ