• Gündəm • Hadisə

Sumqayıtda avtomobil divara çırpılıb, ölən və yaralananlar var

133
8-03-2019, 13:11

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku.News-ın məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
"Tofaş" markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb. Nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ