• Gündəm • Hadisə

Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı - AÇIQLAMA

489
9-07-2019, 10:22


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib.


BAKU.NEWS xəbər verir ki, qurumdan Oxu.Az-a bildirilib ki, iyunun 8-də saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub:

“Hərəkətdə olan 38 saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb”.

QSC-dən qeyd edilib ki, hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir.

FACEBOOK ŞƏRH YAZ