• Gündəm • İqtisadiyyat

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi - 1,1 MİLAYRD DOLLARA ÇATIB

85
6-07-2019, 16:10

Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarındadır.

BAKU.NEWS FED.az-a istinadən yaydığı məlumatına görə, bunu Abşeron Logistika Mərkəzində "Sian-Bakı" blok qatarının qarşılanma mərasimində İqtisadiyyat naziri Şahin Mustafayev çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Çinin bu region ilə olan ticarətinin 43%-i Azərbaycanın payına düşür.

"Cari ilin nəticələrinə görə, bu ilin 5 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 mlrd. dollara çataraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb",- deyə nazir qeyd edib.

FACEBOOK ŞƏRH YAZ