• Gündəm • Mədəniyyət

UNESKO-nun Dünya İrsi Siyahısında yer alan mülkiyyətlərin siyahısı 1100-ə çatıb

81
6-07-2019, 11:08

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası iyulun 6-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

BAKU.NEWS xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev dünənki iclasda 8 nominasiyanın UNESKO-nun Dünya İrs Siyahısına salındığını xatırladıb.

O əlavə edib ki, bu gün də yeni nominasiyalar sıyahıya daxil ediləcək. “Bizi qarşıda gərgin müzakirələr gözləyir”, - deyə nazir bildirib.

Sessiya öz işinə Bəhreynin Dilmun kurqanları ilə bağlı nominasiyanın müzakirəsi ilə başlayıb. Bildirilib ki, Dilmun çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi. Bəhreyndə qədim Dilmun mədəniyyəti insanların məskunlaşdığı ərazi olmuşdur.

Avstraliya, Çin, Küveyt və İspaniya nümayəndələri hazırlanmış faylı yüksək qiymətləndirib və Bəhreynin Dilmun kurqanları UNESKO-nun Dünya İrsi Siyahısına salınıb.

Beləliklə, UNESKO-nun Dünya İrsi Siyahısında yer alan mülkiyyətlərin siyahısı 1100-ə çatıb.

FACEBOOK ŞƏRH YAZ