• İdman • Gündəm

“Qarabağ” iştirak ərizəsini UEFA-ya yolladı

325
5-07-2019, 22:16

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” I təsnifat mərhələsi üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.


Klub rəsmi “Facebook” hesabı vasitəsilə paylaşdığı siyahıda üç qapıçı, yeddi müdafiəçi, 11 yarımmüdafiəçi və bir hücumçuya yer verib.

Baş məşqçi Qurban Qurbanov “Partizani” ilə oyunlarda aşağıdakı futbolçuların xidmətindən yararlana biləcək:

Qapıçılar: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev

Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye

Yarımmmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı

Hücumçu: 11. Mahir Əmrəli

Qeyd edək ki, “Partizani” ilə ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə 17-də Bakıda olacaq.

FACEBOOK ŞƏRH YAZ