• Gündəm • Dünya

Ukraynanın keçmiş prezidentinin əmlakına həbs qoyula bilər

82
5-07-2019, 16:15

Ukraynanın Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti Viktor Yuşşenkoya məxsus əmlakı həbs etmək üçün məhkəməyə ərizə verib.

BAKU.NEWS “Ukrinform”-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Xüsusi araşdırma şöbəsinin rəhbəri Sergey Gorbatyuk məlumat verib. O bildirib ki, bu işə baxılması üçün məhkəmə vaxtı hələ təyin edilməyib.

Qeyd edək ki, Baş Prokurorluq 2007-ci ildə dövlət mülkiyyətindən çıxarılmış “Mejiqorye” iqamətgahı məsələsində Viktor Yusşenkonu sui-istifadə və əmlakın mənimsənilməsində ittiham edir. Yuşşenko isə bu ittihamları rədd edir.

Xatırladaq ki, Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olub.

FACEBOOK ŞƏRH YAZ