• Gündəm • Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür

631
3-07-2019, 10:16

Heydər Əliyev Fondunun vitse-prezidenti, tanınmış ictimai-siyasi xadim Leyla Əliyevanın doğum günüdür.

Baku.News-un məlumatına görə, Leyla Əliyeva 1985-ci ildə Moskva şəhərində anadan olub. Londonda və Moskvada təhsil alıb, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) magistr pilləsini bitirib. 2011-ci il iyulun 12-də tarixində Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoyub.

2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə rəhbərlik etməyə başlayıb. Heydər Əliyev Fondu təhsil, ictimai sağlamlıq, mədəniyyət, idman, elm, texnologiya və ətraf mühit sahəsində həyata keçirdiyi layihələrlə sosial və iqtisadi inkişafa davamlı olaraq xüsusi töhfələr verib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsində çalışır.

2007-ci ildə Moskvada möhtəşəm “Baku” jurnalını təsis edib. Nəşr incəsənət, mədəniyyət və Azərbaycan həyatı ilə yaxından tanış olmaq üçün əvəzolunmaz vasitədir.

2008-ci il 8 may Şuşa şəhərinin işğalının il dönümündə Leyla Əliyeva “Xocalıya ədalət” adlı kampaniyanın əsasını qoyub. Kampaniya hazırda 30 ölkədə uğurla davam etdirilir. Kampaniyanın əsas məqsədi beynəlxalq birlikləri Xocalı faciəsi ilə bağlı media, internet vasitəsilə, eyni zamanda müxtəlif tədbirlər həyata keçirməklə məlumatlandırmaq, onun beynəlxalq səviyyədə anılmasına nail olmaqdır.

2008-ci ilin may ayında Leyla Əliyeva İslam Ölkələri Təşkilatının “Mədəniyyətlərarası dialoq üzrə gənclər forumu”nda baş koordinator kimi fəaliyyət göstərib. 2015-ci ildə Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülüb.

Uğurlu ictimai-siyasi fəaliyyətinə görə bir sıra təltiflərə layiq görülüb.

Leyla Əliyevanın iki oğlu,bir qızı var.

FACEBOOK ŞƏRH YAZ