• Gündəm • İqtisadiyyat

Nazirlik yeni sistem yaradır

275
28-06-2019, 13:12

“Prezident İlham Əliyevin ötən gün imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman fermerlərin işinə əlavə dəstək olacaq”.

Baku.News xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.

“Yeni subsidiya sistemi baza məbləğinin (200 manat) məhsulun respublika komissiyası tərəfindən təsdiqlənmiş əmsallara vurulması şərtilə verilməsini nəzərdə tutur. Burada hər hansı kənd təsərrüfatı məhsulunun əkilməsi zamanı onun fermer üçün, iqtisadiyyat üçün gəlirliliyi, məşğulluq imkanlarının yaradılması, eyni zamanda ölkənin idxal və ixrac imkanlarına necə təsir etməsi kimi operativ məsələlərin nəzərə alınması əsas məqamlardandır. Növbəti dəyişiklik bundan ibarətdir ki, artıq fermerlər elektron kənd təsərrüfatından istifadə edərək subsidiyaları əldə edəcəklər. Burada subsidiya informasiya sisteminin yaradılması nəzərdə tutulur. Artıq bu sistemin üzərində böyük işlər görülüb və fermerlərin böyük hissəsi artıq qeydiyyatdan keçib. Eyni zamanda, burada əsas dəyişikliklərdən biri budur ki, əvvəllər subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilirdisə, artıq bu səlahiyyət AKİA-ya ötürülüb. Düşünürük ki, yeni subsidiya sistemi məhsuldarlığın artmasına, idxaldan aslılığın azalmasına, eyni zamanda qida təhlükəsizliyinin təmin olunmasına müsbət təsir edəcək”, - o deyib.

FACEBOOK ŞƏRH YAZ