• Gündəm • Bölgə • Hadisə

Neftçalada baş verən avtoqəzada sürücü və sərnişin xəsarət alıb

192
27-06-2019, 22:20

BAKU.NEWS-un Aran Bürosunun məlumatına görə, hadisə axşam saatlarında Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

“Chevrolet” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Neftçala sakinləri, 1986-cı il təvəllüdlü Zeynalov Pərviz Natiq oğlu və 1988-ci il təvəllüdlü Musayev Mirqüdrət Mirnağı oğlu müxtəlif dərəcəli xəsarətlərlə Neftçala rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Arif Balakişiyev/ BAKU.NEWS Neftçala

FACEBOOK ŞƏRH YAZ