• Gündəm • İdman

Azərbaycan və Belarus Paralimpiya Komitələri arasında Memorandum imzalandı

219
27-06-2019, 17:13

Memorandumu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Belarus Mili Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel imzalayıblar.

Xəbər verdiyimiz kimi Milli Paralimpiya Komitəsinin nümayəndə heyyəti Belarus Respublikasında səfərdədir. İyulun 27-da Belarus Milli Paralimpiya Komitəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Belarus Mili Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel və UNİCEF- in Belarus Respublikasındakı nümayəndəliyinin rəhbəri Raşed Mustafanın iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı hər iki ölkədə paralimpiya hərəkatının mövcud vəziyyəti və inkişafı sahəsində müzakirələr aparılmışdır. Müzakirələrdən sonra İlqar Rəhimov və Oleq Şelpin Azərbaycan və Belarus Paralimpiya Komitələri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalamışlar.

Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, Baş katib Kamal Mamedov, Olimpiya Komitəsinin şöbə müdiri, Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehman Kərimov və Belarus Paralimpiya Komitəsinin Baş katibi Nikolay Şudeyko iştirak etmişlər.



FACEBOOK ŞƏRH YAZ