• Gündəm • Sosial

Sosial evlərin tikintisi iki şirkətə verildi – 10,5 MİLYONLUQ MÜQAVİLƏ

120
5-03-2019, 10:41

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində sosial mənzillərin tiknitisi üçün keçirdiyi tenderin nəticələrini açıqlayıb.

Baku.News xəbər verir ki, tenderin qalibi iki şirkət olub.
Bunlardan biri “19 saylı Tikinti Təmir İdarəsi” MMC-ə məxsus “Caspian Plus-A” MMC (konsorsium) olub və şirkətlə 3 mln 289 min 482 manat təşkil edib.
Eləcə də bax: MİDA-dan iş adamlarına təklif: «Gəlin, bina tikin, icazə lazım deyil, layihəmiz hazırdır»
Müqavilənin predmeti Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işləri (Abadlıq və yaşıllaşdırma işləri) olub.
Tenderin digər qalibi 7 mln 622 min 852 manat dəyərində müqavilə imzalanan “Azinvest İnşaat” QSC-ə məxsus “Faktor Qrup-S” MMC-dir (konsorsium).
Şirkətlə bağlanan müqavilənin predmeti Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işləridir (Poliklinika binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri).

FACEBOOK ŞƏRH YAZ