• Gündəm • İdman

Milli Paralimpiya Komitəsinin nümayəndə heyyətinin Belarus səfəri davam edir

527
26-06-2019, 17:01

Xəbər verdiyimiz kimi Milli Paralimpiya Komitəsinin nümayəndə heyyəti Belarus Respublikasında səfərdədir.

İyulun 26-da Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov UNİCEF- in Belarus Respublikasındakı nümayəndəliyinin rəhbəri Raşed Mustafa ilə görüşmüşdür. Görüş zamanı Komitənin prezidenti Azərbaycanda uşaq paralimpiya hərəkatı sahəsində əldə olunmuş təcrübə və UNİCEF-in bu sahədə rolu haqqında məlumat vermişdir. Sonra Belarus Respublikasında uşaq paralimpiya hərəkatının inkişafı sahəsində UNİCEF-in Belarus nümayəndəliyinin rolu, gələcəkdə uşaqlar arasında beynəlxaq yarışların keçirilməsi geniş müzakirə edilmiş və bu sahədə əməkdaşlığın vacibliyi qeyd olunmuşdur.

Görüşdə Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə heyyətinin sədri Natiq Qasımov iştirak etmişdir.
Qeyd edək ki, 2013 -cü ildə beynəlxalq təcrübədə ilk dəfə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır.



FACEBOOK ŞƏRH YAZ